Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində yeraltı tunellərin inşası üzrə məsləhət xidmətləri

“Bakı şəhərinin Baş Planına (2020–2040)” və müvafiq Dövlət Proqramına uyğun olaraq, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu çərçivədə, metro şəbəkəsinin səmərəliliyini artırmaq və şəhər mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə strateji infrastruktur layihəsi icra olunur.

Göstərilən xidmətlər:

  • Layihə sənədlərinə və keyfiyyətə nəzarət;
  • Tunellərin və yeraltı konstruksiyaların tikintisinə texniki nəzarət;
  • Mühəndis sistemlərinin quraşdırılmasına nəzarət;
  • Material və avadanlıqların yoxlanılması;
  • Risklərin idarə olunması və iş həcmlərinin monitorinqi.

Layihənin təsviri:

Layihə, Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərin müstəqil fəaliyyətini təmin etmək məqsədilə yeni yeraltı tunellərin inşasını əhatə edir. Şəhərin mürəkkəb hidrogeoloji şəraitində və sıx məskunlaşmış mərkəzi zonalarında həyata keçirilən bu tikinti, ən müasir qazma texnologiyalarının və mühəndislik həllərinin tətbiqini tələb edir. “Transtech Engineering” xətlərin ayrılması planının bu ən mühüm və strateji mərhələsində tunellərin təhlükəsiz, dayanıqlı və müasir standartlara tam uyğun inşası üçün kompleks məsləhət və çoxşaxəli mühəndislik xidmətləri göstərir.