Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində Nizami – Cəfər Cabbarlı stansiyaları arasında yeni havalandırma şaxtasının inşası üzrə məsləhət xidmətləri

Bakı şəhərinin Baş Planına (2020–2040)” və müvafiq Dövlət Proqramına uyğun olaraq, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu çərçivədə, metro şəbəkəsinin səmərəliliyini artırmaq və şəhər mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə strateji infrastruktur layihəsi icra olunur.

Göstərilən xidmətlər:

  • Layihə sənədlərinə və keyfiyyətə nəzarət;
  • Tunellərin və yeraltı konstruksiyaların tikintisinə texniki nəzarət;
  • Mühəndis sistemlərinin quraşdırılmasına nəzarət;
  • Material və avadanlıqların yoxlanılması;
  • Risklərin idarə olunması və iş həcmlərinin monitorinqi.

Layihənin təsviri:

Layihə, Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərin ayrılması planı çərçivəsində, Nizami – Cəfər Cabbarlı stansiyaları arasında yeni havalandırma şaxtasının inşasını əhatə edir. Yeraltı mühəndis qurğularının təhlükəsiz istismarını, tunellərdə tələb olunan mikroiqlim şəraitini və hava sirkulyasiyasını təmin etmək məqsədilə obyekt ən müasir texnoloji həllər əsasında layihələndirilmişdir. “Transtech Engineering” bu strateji obyektin tikintisi üzrə kompleks məsləhət və çoxşaxəli mühəndislik xidmətləri göstərir.

Qalereya