“İçərişəhər” metro stansiyasında keçid kamerasının və yeraltı avtomobil dayanacağının inşası üzrə məsləhət xidmətləri

“Bakı şəhərinin Baş Planına (2020–2040)” və müvafiq Dövlət Proqramına uyğun olaraq, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu çərçivədə, metro şəbəkəsinin səmərəliliyini artırmaq və şəhər mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə strateji infrastruktur layihəsi icra olunur.

Göstərilən xidmətlər:

  • Layihə sənədlərinə və keyfiyyətə nəzarət;
  • Tunellərin və yeraltı konstruksiyaların tikintisinə texniki nəzarət;
  • Mühəndis sistemlərinin quraşdırılmasına nəzarət;
  • Material və avadanlıqların yoxlanılması;
  • Risklərin idarə olunması və iş həcmlərinin monitorinqi.

Layihənin təsviri:
Layihə “İçərişəhər” metro stansiyasında qatarların hərəkət intervalının azaldılması və təhlükəsizliyin artırılması üçün keçid kamerasının və geri dönmə qurğusunun tikintisini, habelə ərazidəki parklanma probleminin həlli üçün çoxmərtəbəli yeraltı dayanacağın inşasını əhatə edir.

  • Tunel infrastrukturu: Ümumi uzunluğu 486.40 metr olan və müxtəlif konstruksiyalı (“A”, “T1.3”, “T” və “C” tipli) tunellərdən ibarət keçid kamerası.
  • Dayanacaq kompleksi: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşən, ümumi sahəsi 10,092.00 m² olan 5 mərtəbəli yeraltı avtomobil dayanacağı.

Qalereya